Bərdə rayonunda toy mərasimində bədbəxt hadisə baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Kətəlparaq kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynov Ayaz İsa oğlunın şadlıq sarayında halı pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.