Gədəbəydə yanğın qeydə alınıb.

Unikal.org xəbər verir ki, Gədəbəy rayonunun Arısu kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində bir otağın tavanı 20 m² və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​