Göyçayda vətəndaşa məxsus tövlə yanıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Çərəcə kəndində qeydə alınıb. Hadisə yerinə FHN-nin Göyçay rayon dövlət yanğından mühafizə idarəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.Yanğının digər əraziyə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.