Qax rayonunda kişi meyiti tapılıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Kürmük çayı yaxınlığında kişi meyiti aşkarlanıb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
İlkin müayinə zamanı meyiti tapılan şəxsin Ağdam rayon sakini 1950-ci il təvəllüdlü Şəfa Əvəz oğlu Behbudov olması məlum olub. Onun ürək tutmasından ölməsi ehtimal edilir.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.