Səhiyyə Nazirliyi Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan şəxslərin durumunu açıqlayıb.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, həmin binada yaşayan Sabir Xubanov öz avtomobili ilə oğlu Anar Xubanovu 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirib.

Hər ikisinin xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıblar: “Bu gün Sabir Xubanovun həyat yoldaşı Zibeydə Xubanova 5 saylı xəstəxanaya müraciət edib. Xəstəxanadan verilən məlumata görə Zibeydə Xubanova palataya yerləşdirilib, müalicəsi davam edir. Xubanovlar xəstəxanaya özləri müraciət etdiklərindən Təcili Tibbi Yardım briqadasının məlumatında adları qeyd edilməyib”.