İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.
Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.
Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
***
APA-nın xəbərinə görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.
Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlunun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanl minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində avtomobildə olan sürücü, İmişli sakinləri - sürücünün qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.
Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.