Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında azyaşlı oğlan uşağı ölüb.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, Yevlax rayonunun Xaldan qəsəbə sakini, 6 yaşlı Dəniz İsmayılov yıxılaraq ağır xəsarət alıb.
D.İsmayılov yaxınları tərəfindən təcilli olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.