“Arsenal” İngiltərə Premyer Liqasının 7-ci turunda “Mançester Yunayted”lə qollu bərabərə qalıb – 1:1.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada “topçular”ın yeganə qoluna imza atan Pyer-Emerik Obameyanq, bu mövsüm 7 Premyer Liqa oyununda 7-ci qolunu vurub.
Qabonlu hücumçu bu göstəricidə “Arsenal”ın keçmiş futbolçusu Dennis Berqkampın rekordunu yeniləyib. Sabiq holland oyunçu 1997/98 mövsümüdə ilk 7 tura 7 qol vurmuşdu.