Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Unikal.org-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 6-cı turunda keçirilən "Qəbələ" - "Neftçi" matçından sonra baş verənlər müzakirə olunub.
“Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra qonaq komandanın futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbardarlıq olunub.
"Qəbələ"nin azarkeşlərinin davranışına görə kluba ciddi xəbardarlıq olunub.
Bu hallar yenidən təkrarlanacağı təqdirdə, ciddi sanksiyalar tətbiq olunacaq.