Xəbər verdiyimiz kimi, dünən saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuz düşmən tərəfindən atəşə tutulmuşdur. Nəticədə ekskavatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarasından şəhid olub.
Unikal.org-un araşdırmasına görə, Səfərəli Abışov bu ilin iyun ayında Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən hərbi əməkdaşlığa görə medalı ilə təltif edilib.
Generalın onu bu medalla təltif etməsinə səbəb təminat yollarının salınması ilə məşğul olduğu zaman onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulmasına baxmayaraq, cəsarəti ilə işini davam etdirməsi olub.
Mərhum atəşə tutulan digər ekskavator operatorları ilə birgə ordu qəzetinə bir fikirdə səsləndirmişdi: “Düşmənin istənilən təxribatına baxmayaraq biz yenə də işimizə davam edirik”.