ABŞ-da Tilli Byukenen adlı qadın yaşadığı evdə çılpaq gəzdiyi üçün saxlanıldı.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qadın evin temperaturu yüksək olduğu üçün ögey övladlarının yanında üst paltarını soyunub. Qadının ögey övladları bu görüntü qarşısında şoka düşüblər. Tilli Byukenen isə uşaqlara üzünü tutaraq atalarının da çılpaq olduğunu və onlara utanmamaları gərəkdiyini deyib.
Ancaq uşaqlar öz analarının evinə getdiyi zaman bu durumu ona danışıblar. Eşitdikləri qarşısında şoka düşən qadın keçmiş ərinin həyat yoldaşı Byukenen polisə şikayət edib. İttiham olunan qadının spirtli içki qəbul etdiyi deyilib. Tilli Byukenen çılpaq gəzməsi üçün həyat yoldaşına şərt qoşub. Belə ki, həyat yoldaşı da evdə alt geyimsiz gəzməlidir.
3 fərqli cinayətə görə mühakimə olunan qadının günahkar olduğu sübut olunarsa onu 10 il həbs cəzası gözləyir.