Dünən İranın paytaxtı Tehranda azarkeş tutumu 100 min nəfər olan "Azadi” stadionunda İran ilə Kambociya arasında oynanılan qarşılaşma baş tutub. Maraqlısı ondadır ki, həmin görüşü izləməyəb 4600 iranlı qadın futbol azarkeşi tribunalarda yer alıb.
Unikal.org xəbər verir ki, 40 ildən sonra ilk dəfə İranda qadınların stadiona giriş izni verilib.
Kişi geyimində stadiona girməyə çalışdığına görə həbs edilən "Mavi qız” ləqəbli Səhər Xudayarinin etiraz edib özünü yandırmasından sonra iranlı qadınlar uzun müddətdən sonra futbolu stadionda izləmə şansı qazanıblar.
İran və FIFA arasında böhrana səbəb olan qadın azarkeşlərin futbol oyunlarını izləmə qadağası bundan sonra həllini tapıb.
Qeyd edək ki, 1979-ci il inqilabından sonra İranda qadınlarının stadionlara girməsi qadağan edilib.