Bu gün Ankarada ABŞ-ın vitse-prezidenti Mayk Penslə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş daha bir məqamı ilə diqqət çəkib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, R. T. Ərdoğanla görüşmək üçün onun iqamətgahına gələn M. Pens sosial şəbəkədə gündəm olan halla qarşılaşıb.
Belə ki, Pens Ərdoğana sarılmaq istəsə də, Türkiyə prezidenti onun bu addımını qəbul etməyib və amerikalı vitse-prezidentlə əllə görüşməklə kifayətlənib.