Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Xırdalan şəhər sakinləri ilə növbəti görüşü keçirilib.
Unikal.org xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak edib.
Abşeronda, o cümlədən Xırdalan şəhərində görülən işlərdən, rayondakı yeniliklərdən danışan İ.Gülməmmədova qeyd edib ki, adıçəkilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Aparılan işlər başa çatdıqdan sonra yaşanan bəzi problemlərin tamamilə həll olunacağını, küçə və prospektlərin yenidən asvaltlanacağını vurğulayan başçı şəhərin gələcək inkişafı üçün su və kanalizasiya xətlərinin şəkilməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Qarabağ əlili Rasim Ələkbərov, Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının vitse prezidenti, ehtiyatda olan polkovnik leytenant Elmar Hüseynov, İstedadlı Əlillər İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri Qubad Qasımov çıxış edərək rayonun inkişfı, görülən işlər, əldə olunan naliyyətlər haqqında məlumat veriblər.
Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.