İraq-Şam İslam Dövləti (İŞİD) yaraqlılarının İstanbul hava limanında açdıqları atəş və partlayışlar bu terror təşklatının əsarətindən qurtulmaq üzrə olan Tunisdən olan bir ailəni dağıdıb.
Unikal.org xarici mediaya istinadən bildirir ki, hücum zamanı ölənlərdən biri tibb işçisi Fathi Bayut Türkiyəyə yoxa çıxan oğlunun arxasınca gəlibmiş.
Türkiyənin güc strukturları onun oğlunu İŞİD-ə qoşulmaq üçün İraqa gedəndə saxlayıb və doğmalarına verməyə hazır olublar.
Fathi Bayut öləndə hava limanında göyərtəsində həyat yoldaşı olan təyyarəni gözləyib. Partlayış ailənin uzun müddətdir birləşəcəkləri ilə bağlı planlarnı alt-üst edib.
İstanbul hava limanında iyunun 28-də axşam saatlarında törədilən terror qurbanı 41 nəfər olub, 200 nəfərdən çox adam xəsarət alıb. Türkiyənin xüsusi xidməti artıq hücum edənlərdən birinin şəxsiyyətini müəyyənəşdirə bilib.