Zonguldak əyalətində qonşusunun qızına təcavüz edən şəxs həbs edilib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Kozlu mahalının Sivriler kəndində baş verib. Ana və atası ayrıldığı üçün bir müddətdir babası və nəsəni ilə birlikdə yaşayan C.K, dostlarıyla oynadığı vaxt qonşusu S.K. onun yanına yaxınlaşıb.
Qonşusu ona "Mənimlə gəlsən telefonumla oynaya bilərsən" deyib və tövləyə apardı. İddiaya görə elə həmin vaxt S.K. yeniyetmə qıza təcavüz edib.
Bildirilir ki, qışqıraraq tövlədən qaçan C.K evinə gedib. Olaydan iki gün sonra C.K-nın çölə çıxmaq istəməməsinə görə nənəsi şübhələnib. Yeniyetmə qız başına gələnləri nənəsinə danışıb. Nənəsi bu barədə polisə məlumat verib. C.K-nın ifadəsinə baş vurulduqdan sonra polis hərəkətə keçib və S.K-nı tutublar.
Haqqındakı ittihamları qəbul etməyən S.K şahid ifadələri və toplanmış sübutlarla məhkəmə tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edilib.