Binali Yıldırımın Aydına ziyarəti zamanı qəribə hadisə baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki,  keçmiş nazirlə birlikdə  gedən Aydın Bələdiyyə Sədri Özlem Çerçioğlunu AK partiya millət vəkili Mustafa Savaş çiyni ilə itələyib. Onun bu hərəkəti kameralara yansıyıb  və sosial şəbəkədə gündəm olub. 

Savaş açıqlamasıyla özünü "Çiyin atmadım, mənə Çerçioğlu yer verdi"  deyərək müdafiə edib. 

"Aydın Böyükşəhər Bələdiyyə Başçısı Hörmətli Özlem Çerçioğluna çiyin atdığım kimi nalayiq ittihamlar irəli sürülüb. Bu ittiham tamamilə əsassızdır, qaralama kampaniyası məqsədi daşıyır".