Egey dənizində İstanköy adası yaxınlığında Yunanıstan Sahil Təhlükəsizlik Xidmətinə aid gəmi qaçqınları daşıyan qayıqla toqquşub, nəticədə biri uşaq olmaqla üç nəfər itkin düşüb, altı adam yaralanıb.

Unikal.org seanews.az-a istinadən bildirir ki, Yunanıstan xəbər agentliyi ANA-MPA-nın yazdığına görə, hadisə zamanı qayıqda 34 qaçqın olub.

Hazırda axtarma-xilasetmə işləri davam edir. Dənizdən və havadan davam edən axtarma-xilasetmə işlərinə Avropa Sərhəd Qoruma Agentliyinə (Frontex) məxsus gəmi, üç Yunanıstan Sahil Təhlükəsizlik Xidməti və bir "Super Puma" vertolyotu sövq edilib.