Kriştiano Ronaldonun bərbəri qətlə yetirilib.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, Portuqaliya yığmasının və “Yuventus”un dünyaca məşhur futbolçusunun bərbəri Rikardo Markes Ferreyra Sürixdə, otel otağında qətlə yetirilib. 

Üzərində bıçaq izləri olan cəsədi oteldə işləyən təmizlik işçilərindən biri aşkarlayıb. 

Faktla bağlı polis araşdırma başladıb.