ABŞ-dakı meşələrdə görülən "qurd adama" bənzər məxluq, ətrafda yaşayan əhalini qorxulu anlar yaşadıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "yarı insan yarısı it" kimi xarakterizə edilən məxluqa bölgə əhalisi "'Dogman" adı qoyub. Həmin yaratığın ev heyvanlarını öldürdüyü də iddia edilir.
Sakinlərdən biri yaratığı gördüyünü iddia edib. Onun dediyinə görə, həmin məxluq təxminən 2.7 m hündürlüyündə və 180 kq-a yaxın bir cüssəyə malikdir. Şimali Amerikalı "Dogman" layihə saytında məxluqun Ohayoda lentə alındığını iddia edən 3 səs yazısı var.