Şotlandiyada 300 il əvvəl şeytanla cinsi əlaqəyə girdiyini etiraf etdikdən sonra həbsə atılan və orada da dünyasını dəyişən Lilias Adie adlı cadugər qadının üzü elm adamları tərəfindən araşdırılmağa başlanılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Adienin itkin kəlləsinin fotolarından faydalanan alimlər tərəfindən cadugərin üzü 3 D ölçüdə virtual heykəl olaraq və məhkəmə tibb üsulları ilə canlandırılıb. Ortaya çıxan görüntü hər kəsi şoka salıb.
Həmin görüntüdən sonra alimlər Lilias Adienin üzünün gözlədiklərindən daha "sevimli qadın" olduğunu söyləyib.
Qeyd edək ki, cadugər olduğu iddia edilən və məzardan çıxmasından qorxan əhali onun cəsədini Şotlandiyadakı Fife sahilində bir daşın altına basdırıblar. Onun qalıqları 1854-ci ildə bir qrup ovçu tərəfindən çıxarılıb və muzeydə saxlanılıb.