Suriyada - “Barış pınarı” antiterror əməliyyatının keçirildiyi bölgədə əldəqayırma partlayıcının partladılması nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub.
Unikal.org “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazriliyi yayıb.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane olmaq, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır. Oktyabrın 18-də Türkiyə ilə ABŞ arasında əldə edilən razılaşmaya əsasən antiterror əməliyyatı dayandırılıb.