Dağıstanın keçmiş mətbuat və informasiya naziri Nəriman Hacıyev Sloveniyada saxlanılıb.
Unikal.org RİA Novostiyə istinadla xəbər verir ki, onun Rusiyaya ekstradisiyası məsələsi həll edilir.
Xatırladaq ki, N.Hacıyev 2011-2012-ci illərdə büdcə vəsaitlərini mənimsəmək ittihamı ilə axtarışa verilib.