Bakıda evdən 2300 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 19-da rayon ərazisindəki evlərin birindən 2300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.