Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yenidən torpaq qatı sürüşüb.

Unikal.org xəbər verir ki, yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Uçqun zamanı hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin torpaq qatı altında qalması ehtimal edilir.

Qeyd edək ki, küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.