ABŞ-ın Corciya ştat məhkəməsi rusiyanın iki vətəndaşını həbs edib.

Unikal.org
xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, “KS Engineering” (KSE) şirkətinin rəhbəri Oleq Nikitin və onun əməkdaşı Anton Çeremuxin ABŞ-ın beynəlxalq ticarət sanksiyalarını pozmaqda, çirkli pulların yuyulmasında ittiham olunurlar.

Amerika qanunvericiliyinə əsasən Nikitini 20 ilədək həbs və 1 milyon dollar cərimə gözləyir.