“İdlib də daxil olmaqla Suriya vətəndaşlarına təhlükə yaradacaq hücumların dayandırılması mövzusunda razılıq əldə olundu”.
Unikal.org xəbər verir ki, bunu Almaniya və Fransa liderləri Suriya mövzusunda Londonda keçirilən Zirvə görüşündən sonra mətbuata açıqlamalarında bildiriblər.
Zirvədə əsas gündəmin Suriyadakı vəziyyətin müzakirə edilməsi olduğunu deyən Angela Merkel bildirib ki, İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi və başa çatdırılması ilə bağlı 4 ölkə lideri həmfikir olduqlarını vurğulayıb: “Bu məsələlərin icra mexanizmi və s. barədə danışıqlarımız davam edəcək”.
Merkelin sözlərinə görə, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen siyasi mərhələ üçün fəaliyyətləri aktiv şəkildə dəstəkləyəcəklərini bildirib.
Suriyalı didərginlərin Türkiyənin və Rusiyanın nəzarətində olan təhlükəsiz bölgəyə qaytarılması məsələsinin yalnız BMT-nin iştirakı ilə mümkün olacağını deyən Almaniya Kansleri bu proseslə bağlı da danışıqların davam edəcəyini vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, Suriya mövzusunda bütün qeyri-müəyyənliklər hələ aradan qaldırılmayıb: “İŞİD və terror ilə mücadilə məsələsində bir iradənin ortaya qoyulması çox önəmlidir”. Makron qaçqınlar mövzusunda əməkdaşlığın davam etməsinin lazım olduğunu da deyib. O, Suriya böhranının başa çatması üçün fəaliyyətlərin davam etməsi məsələsində liderlərin ortaq fikirdə olduğunu vurğulayıb.
Qeyd edək ki, dekabrın 3-də Londonda NATO-nun 70 illiyi münasibətilə quruma üzv ölkələrin Zirvə görüşü başlayıb. Görüşdən sonra İngiltərə kraliçası II Yelizaveta görüşdə iştirak edən NATO-ya üzv dövlət rəsmiləri üçün ziyafət verib. Toplantı sabah davam edəcək.
Liderlər Suriyaya hücumların dayandırılmasına razılaşdı

00:43 04-12-2019
DÜNYA
Digər Xəbərlər
2025-03-01 00:51:45

2025-03-01 00:46:16

2025-03-01 00:18:33

2025-03-01 00:12:04

2025-03-01 00:07:55

2025-03-01 00:04:07

2025-02-28 23:57:33

2025-02-28 23:47:56
.jpg)
2025-02-28 23:42:21

2025-02-28 23:25:44

2025-02-28 22:40:08

2025-02-28 22:25:28

2025-02-28 22:05:06

2025-02-28 21:53:37

2025-02-28 21:40:32

2025-02-28 21:31:29

2025-02-28 21:16:50

2025-02-28 20:40:10

2025-02-28 20:39:30

2025-02-28 20:19:01
