Yardımlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə dekabrın 9-da rayonun Dəlləkli kənd ərazisində qeydə alınıb.
Belə ki, Dəlləkli kənd sakini, 1954-cü il təvəllüdlü Eyniyev Qurban Şükür oğlu etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı avtomobillə el arasında “Şiringül bulağı” adlanan yerdə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra avtomobil 15 metr məsafədən yuvarlanaraq dərəyə düşüb.
Nəticədə avtomobilin sürücüsü Q.Eyniyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.