"Napoli"nin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Genk"ə 4:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəldikləri oyundan sonra klubdakı gələcəyi haqda danışıb.
Unikal.org xəbər verir ki, o, komandada qalacağına inandığını söyləyib:
"Şənbə gününə kimi "Napoli"nin başında olub-olmayacağımı bilmirəm, amma istefa verməmişəm və belə bir niyyətim də yoxdur. Prezidentlə sabah görüşəcəyəm və hər şey bəlli olacaq. Ümid edirəm ki, komandada qalacağam".