Amerikanın “Popeyes” fast-fud restoranlar şəbəkəsi sendviçi 120 min dollara satışa çıxarıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Mayamidə rəsm qalereyasında nümayiş etdirilən sendviçin satışından gələn gəlir xeyriyyə məqsədilə xərclənəcək. Şirkətin məlumatına görə,

“Sendviç” kompozisiyası  müasir incəsənət nümunəsidir. Artıq bir nəfər sendviçlə maraqlanmağa başlayıb.

Xatırladaq ki, bundan əvvəl Mayamidə “Art Basel” sərgisində “Divara yapışdırılmış banan” 120 min dollara hərraca çıxarılmışdı. Bananın alıcısı daha sonra meyvəni yemişdi.