Pakistan bu heyvanın ovuna görə ən çox gəlir əldə edən ölkələr siyahısında liderdir. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan 5 marxur (burma buynuzlu keçi) ovundan 555 min dollar qazanıb. 

Amerikalı Joe Lavranse Valreven, ov lisenziyası üçün 140 min dollar ödəyib. Daha sonra o Pakistanın  şimaldakı Çitral şəhərində vəhşi burma buynuzlu keçi  ovlamaq haqqı əldə edib. 82 yaşlı Valreven bir il ərzində burma burnuzlu keçiləri ovlayan beşinci amerikalı olub. Valrevenin ovladığı Marxorun buynuzunun uzunluğu təxminən 1 m 22 sm-dir. 

Pakistan ölkəsi bu ova görə bir ildə 5 keçi üçün verdiyi lisenziyalardan 555 min dollar gəlir əldə edib. 

Eyni zamanda, fevralda başqa bir amerikalı Bryan Kinsel Harlan Pakistana ov icazəsi üçün 110 min dollar ödəyərək 1 metr 4 sm uzunluğunda buynuzu olan bir marxor ovlayıb.

Qeyd edək ki, Amerikalılar Pakistana marxordan başqa mavi qoyun və Alp dağ keçisi ovlamaq üçün də gəlir. 

Gülayə Mecid