Türkiyə Liviyanın Milli Razılıq Hökumətinə xüsusi təyinatlı dəstə, hərbi müşavirlər və hərbi texnika göndərib.
Unikal.org xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.
"Milli Razılıq Hökuməti Türkiyədən hərbi texnika istəyib və sonuncu göndərib" - deyə mənbə bildirib.
Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın Liviyanın Milli Razılıq Hökumətinə istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirmişdi.