Antalyada silahlı şəxs banka hücum edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, soyğunçu işçiləri və müştəriləri çıxarıb, bir təhlükəsizlik işçisini isə girov götürüb.

Polis silahlı şəxslərin zərərsizləşdirilməsi və girovu azad olunması üçün əməliyyat keçirir. Vətəndaşların əməliyyat anlarını gözünü qırpmadan seyr etməsi də kameralara əks olunub.