ABŞ-ın II Dünya Müharibəsi illərində Yaponiyanın Xirosima şəhərində başlatdığı atom bombasında dağılmayan iki binanın sökülməsi qərara alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müharibə illərində atılan atom bombasından sağ çıxan iki bina 2022-ci ilə qədər söküləcək. Ancaq binanın sökülməsinə qarşı olanlar da var.
Bildirilir ki, 2017-ci ildə baş verən zəlzələdən sonra bina qəzalı vəziyyətə düşüb və 1945-ci ildə atılan atom bombasının fəsadları üzə çıxıb.
Qeyd edək ki, 1913-cü ildə istismara verilən tarixi binadan Hərbi geyim fabriki, daha sonralar isə universitet tələbələri üçün yataqxana, partlayışdan sonra isə müvəqqəti xəstəxana kimi istifadə olunub.
Gülayə Mecid