Cənubi Afrika sahillərində başları, quyruqları və üzgəcləri kəsilmiş onlarla köpək balığı tapılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, balıqların hələ körpə olduqları məlum olub. Köpək balıqlarının başları, quyruqları və üzgəcləri restoranlarda bişirilən bahalı yeməklərdə istifadə olunur və bu məqsədlə hər il 73 milyon balıq ovlanır.