ABŞ-ın Miçiqan ştatında 70 ildir evli olan cütlük dünyasını dəyişib.
Unikal.org Amerika mətbuatına istinadən xəbər verir ki, 90 yaşlı Les və Freda Austin cütlüyü yan-yana olan yataqlarında 20 dəqiqə fərqlə dünyalarını dəyişiblər.
Ötən ay evliliklərinin 70 illiyini qeyd edən cütlüyün nəvəsi "Birlikdə öldükləri üçün xoşbəxtəm. Məncə, onlardan birinin yalnız qalması işgəncə olardı." deyib.