Ukrayna Prezidenti Vladimir Zelenski “Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydası” haqqında qanunun 2020-ci ilin sonuna qədər uzadılması barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında yerləşdirilib.

Qeyd olunub ki, fərman rəsmi mətbuatda dərc olunan gündən qüvvəyə minir.