"All Nippon Airways" aviaşirkətinə məxsus "Boeing-767" sərnişin təyyarəsi Fukuoka şəhərinin hava limanında məcburi eniş edib.

Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, məcburi enişə səbəb təyyarənin sağ mühərrikinin alışması olub.

Bildirilir ki, təyyarənin göyərtəsində heyət üzvləri də daxil olmaqla 278 nəfər olub.