Moskvada Rusiya Prezidenti Vladimir Putinin 15-ci illik böyük mətbuat konfransı başlayıb.

Unikal.org xəbər verir ki, bu il onun böyük mətbuat konfransı ötənilki rekordu qırıb: konfransa 1895 xarici və Rusiya KİV nümayəndəsi akkreditə olunub.

"Rossiya1", "Rossiya24", Birinci Kanal, NTV, həmçinin "Mayak", "Vesti FM" və "Radio Rossiya" radiostansiyaları mətbuat konfransını canlı yayımlayacaqlar.

Qeyd edək ki, V.Putinin ən qısa çəkən - 1 saat 35 dəqiqə davam edən mətbuat konfransı 2001-ci ildə jurnalistlərlə ilk görüşündə, ən uzunmüddətlisi (4 saat 40 dəqiqə) isə 2008-ci ildəki mətbuat konfransında qeydə alınıb. 2004-cü ildən bəri Rusiya dövlət başçısının jurnalistlərlə ünsiyyəti hər il 3 saatdan çox davam edir.