İzmirdə bədbəxt hadisə yaşanıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, anası ilə yolu keçdikdən sonra ayaqqabsının bağını bağlamaq üçün dayanan 10 yaşlı uşağın sol ayağının üstündən maşın keçib. Həmin anlar təhlükəsizlik kamerası ilə lentə alınıb.
Xəstəxanaya aparılan azyaşlının ayağının qırıldığı bildirilib. Anası isə hadisədən sonra heç nə olmamış kimi yoluna davam edən sürücünün tapılmasını istəyib.