Antalyada halı pisləşən sürücüyə polis kömək edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, avtomobili ilə hərəkət edərkən halı pisləşərək infarkt keçirən 45 yaşlı sürücü maşınını xidmətdə olan yol polisinin yanında saxlayıb. Ürəyini tutaraq nəfəs ala bilmədiyini bildirən adama polislər kömək edərək xəstəxanaya yerləşdiriblər. 

Həkimlərin müdaxiləsindən sonra xəstənin vəziyyəti düzəlib.