ABŞ-da qocalar evində atışma olub.

Unikal.org ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə Rod-Aylend ştatında, Uesterli şəhərindəki qocalar evində baş verib. Atışma zamanı 1 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb.

Şəhər polisinin məlumatına görə, atəş hadisə qocalar üçün nəzərdə tutulmuş üçmərtəbəli yaşayış kompleksinin ərazisində açılıb. Rod Aylenda Polis İdarəsinin rəisi, polkovnik Ceyms Menni bildirib ki, hadisəni törədən şəxs qaçaraq gizlənib. Onun axtarışları hələ nəticə verməyib.

Hadisə ilə bağlı Uesterlidəki bütün məktəblər bağlanılıb.