İspaniyanın şimalında sel meydana gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, leysan yağış nəticəsində Hicar çayı daşıb, evlər su altında qalıb və nəqliyyat vasitələri yollarda sürüklənib.
Hadisə nəticəsində əhaliyə xeyli maddi ziyan dəysə də, ölən və yaralanan olmayıb. Sel sularının yüksək olduğu ərazilərdə yaşayanlar təxliyə edilib.