İtaliyanın A seriyasının XVII turu “Milan”ın fiaskosu ilə nəticələnib.

Unikal.org xəbər verir ki, Berqamoda “Atalanta”nın qonağı olan milanlılar 0:5 hesabı ilə uduzublar.

Bu, klubun tarixində A seriyasında beş və ya daha çox top fərqilə alınan 4-cü darmadağındır. Sonuncu belə hadisə 1998-ci ildə qeydə alınıb. Həmin vaxt “Roma” “Milan”a 5 cavabsız qol vurub.