ABŞ-ın Texas əyalətində qardaş bacı qatili olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bacısının nikahsız biri ilə yaşadığını və 8 aylıq hamilə olduğunu öyrənən qardaş 23 yaşlı bacısı Viridiano Arevalonu öldürüb.
Sevgilisi 8 gün Viridiano Arevalondan xəbər ala bilmədiyi üçün polisə məlumat verib. Polislərin axtarışları nəticəsində gənc qadının cəsədi şəhərdən yarım saatlıq uzaqda tapılıb.
Təhlükəsizlik kamerası qeydlərini araşdıran polis əməkdaşları qadının cəsədinin olduğu bölgədə 19 yaşlı qardaşı Eduardo Arevalonun görüntülərinə rast gəlib.
Saxlanılan qardaş günahını boyununa alıb. Eduardo Arevalo "Ondan utanırdıq. Ailəmizi rəzil etdi, o artıq həyatda olmamalıdır" deyə ifadə verib.
Onun dediyinə görə, bacısını əvvəl yastıqla boğaraq öldürüb, daha sonra cəsədini avtomobilinin baqajına qoyaraq şəhərdən yarım saat uzaqlıqdakı bir bölgədə atıb. Hadisəyə intihar görüntüsü vermək üçün bacısının otağına "ölmək istəyirəm" yazılı bir məktub qoyub.