İstanbulda 4 mərtəbəli binanın sonuncu mərtəbəsindəki evlərin birində yaşayan kirayəçi, ev sahibinə əsəbləşərək mənzili boşaltdıqdan sonra yandırıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Esenyurtda baş verib. Hadisə yerinə yanğından xilasetmə briqadası sövg edilib. 

Evi yandıran şəxs isə hazırda axtarışdadır.