İranın Ərdəbil ostanında “MiG-29” tipli qırıcı təyyarə qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, ostan rəhbərliyindən verilən məlumata görə, Savalan dağı yaxınlığında, Baba Maqsud zirvəsi üzərində baş verən hadisə nəticəsində pilot həlak olub.

Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinə və ostanın Fövqəladə İdarəsinə məxsus helikopterlər cəlb edilib. Təyyarənin qalıqlarının və qara qutusunun hələlik tapılmadığı bildirilir. 

Araşdırma davam edir.