Dekabrın 28-i Qazaxıstanda matəm elan edilib.

Unikal.org “Kazinform”a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təyyarə qəzası ilə bağlı ölkə üzrə matəm elan edilməsi haqqında qərar verib.

Qeyd edək ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 15 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.