Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarına “Əşya Bazarı” yaxınlığında qeydə alınıb.
“Ford” markalı mikroavtobus yolu keçmək istəyən 1969-cu il təəllüdlü şəhər sakini Qasımov Etibar Müslim oğlunu vuraraq ona xəsarət yetirib.Yaralı ətradakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.