Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 19 yaşlı oğlan ağır xəsarət alıb.
Unikal.org xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Yol kənarı ilə gedən 2000-ci il təvəllüdlü Əliyev Şahin Teymur oğlunu naməlum avtomobil vurub. Sürücü isə hadisə yerindən qaçıb. Yaralı ağır kəllə-beyin travması, hər iki ayaqlarının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.